• Bakı 23° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Dmitri Medvedev Ermənistanı hədələdi

SİYASƏT

28 Iyun 2026 | 15:49

Dmitri Medvedev Ermənistanı hədələdi

"Rusiya ilə mövcud əlaqələrin qırılması Ermənistanın sıravi vətəndaşları üçün qaçılmaz ağır nəticələrə səbəb olacaq".

Bakıvaxtı.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, "Vahid Rusiya" ("Yedinaya Rossiya") Partiyasının sədri Dmitri Medvedev səsləndirib.

O bildirib ki, Qərb Ermənistana yalnız Rusiyaya qarşı mübarizə vasitəsi kimi yanaşır və siyasi müstəvinin Moskva ilə İrəvan arasında sağlam münasibətlərin tərəfdarı olan bütün qüvvələrdən təmizlənməsində maraqlıdır.

"Onilliklər ərzində formalaşmış əlaqələrin qırılmasının sıravi vətəndaşlar üçün doğuracağı qaçılmaz ağır nəticələr Avropa İttifaqı ölkələrini qətiyyən maraqlandırmır", - deyə Medvedev vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyun 2026