• Bakı 14° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Messi daha bir rekord qırdı

İDMAN

28 Iyun 2026 | 19:10 | Müəllif: Gülşən Şərif

Messi daha bir rekord qırdı

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixində qol vurduğu milli komandaların sayına görə rekordu yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, Messi bu rekorda DÇ-2026-nın qrup mərhələsinin III turunda İordaniya millisinə qarşı keçirilən və Argentinanın 3:1 hesablı qələbəsi ilə başa çatan oyunda vurduğu qolla imza atıb.

Beləliklə, Lionel Messi dünya çempionatları tarixində 13 fərqli milli komandanın qapısına qol vurub. O, Serbiya və Monteneqro (DÇ-2006-da vahid komanda kimi çıxış edib), Bosniya və Herseqovina, İran, Nigeriya, Səudiyyə Ərəbistanı, Meksika, Avstraliya, Niderland, Xorvatiya, Fransa, Əlcəzair, Avstriya və İordaniya yığmalarına qol vurmağı bacarıb.

Bu göstəricidə ikinci yerləri Almaniya millisinin sabiq futbolçuları Miroslav Kloze və Yurgen Klinsmann, həmçinin Braziliya millisinin əfsanəvi hücumçusu Ronaldo bölüşür. Onların hər biri dünya çempionatlarında 10 fərqli milli komandanın qapısına yol tapıb.

Qeyd edək ki, Lionel Messi futbol tarixinə dünya çempionatlarında ardıcıl yeddi oyunda qol vuran ilk futbolçu kimi də düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026