• Bakı 24° C

    6.05 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Əli Əsədov SƏRƏNCAM İMZALADI

CƏMİYYƏT

29 Iyun 2026 | 10:17

Əli Əsədov SƏRƏNCAM İMZALADI

Nazirlər Kabineti Azərbaycanda 2026-cı il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiymətini 400 manat/ton olaraq müəyyən edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, bu, 2025-ci illə müqayisədə eynidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyun 2026