• Bakı 22° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

İsrail Cənubi Livanda yeni əməliyyat planlarını təsdiqlədi

DÜNYA

28 Iyun 2026 | 21:19

İsrail Cənubi Livanda yeni əməliyyat planlarını təsdiqlədi

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Cənubi Livanda növbəti hərbi əməliyyatların planlarını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Eyal Zamir Şimal Komandanlığının qərargahına səfər edərək əməliyyat vəziyyətini qiymətləndirib, briqada komandirləri ilə müzakirələr aparıb və Cənubi Livanda əməliyyatların davam etdirilməsi planlarını təsdiqləyib.

Baş Qərargah rəisi Livanla bu yaxınlarda imzalanmış razılaşmanı tarixi addım adlandırıb və İsrailin həmin razılaşmanın icrasına sadiq qalacağını vurğulayıb.

"Biz razılaşmaya əməl edəcəyik və onun uğurla həyata keçirilməsi üçün çalışacağıq. İndi əsas sınaq tərəflərin atacağı addımlar olacaq və qarşıdakı dövr gələcəyi müəyyənləşdirəcək", - deyə Zamir bildirib.

O əlavə edib ki, Cənubi Livandakı israilli hərbçilərin təhlükəsizliyi prioritet olaraq qalır. Zamirin sözlərinə görə, İsrail ordusunun 36-cı diviziyası və xüsusi təyinatlı briqadaları Bofor silsiləsi bölgəsində əməliyyat nəzarətini davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyun 2026