“Bir əsr əvvəl Bakıda keçirilən Türkoloji Qurultay ortaq dil, tarix, mədəniyyət və elmi əməkdaşlığın inkişafına güclü təkan verərək türk dünyasının gələcək birliyi üçün möhkəm zəmin yaradıb”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayevin Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Tokayev bildirib ki, Türkoloji Qurultay türk xalqlarının elmi, mədəni və mənəvi inteqrasiyası tarixində mühüm mərhələ olub. Onun sözlərinə görə, qurultayın irsi bu gün də türk dövlətləri arasında əməkdaşlığın inkişafına töhfə verməkdə davam edir.
Əli Hüseynov
Bakı 



