• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Keçmiş xarici işlər nazirinə - VƏZİFƏ VERİLƏ BİLƏR 

DÜNYA

29 Iyun 2026 | 00:05 | Müəllif: Əli Hüseynov

Keçmiş xarici işlər nazirinə - VƏZİFƏ VERİLƏ BİLƏR

Böyük Britaniyanın keçmiş xarici işlər naziri Devid Miliband yenidən xarici işlər naziri vəzifəsinə qayıda bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin “The Observer” qəzeti məlumat yayıb.

Nəşrin yaydığı məlumata görə, Endi Bernem öz administrasiyasında Milibendə yüksək vəzifə vermək variantını fəal şəkildə nəzərdən keçirir:

“Variantlardan biri Milibendi Lordlar Palatasında yer verməklə xarici işlər naziri təyin etməkdir. Bu, vaxtilə Rişi Sunakın Devid Kemeronu nazir təyin edərkən istifadə etdiyi modelə tam uyğundur”.

Qəzet qeyd edir ki, hələlik yekun qərar verilməsə də, Bernem xarici işlər naziri postunda beynəlxalq nüfuza malik bir şəxsi görmək istəyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026