Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bakıvaxtı.az bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir.
Hazırda
1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə edilir.
Bakı 



