Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər abidəsini ziyarət ediblər.
Bakıvaxtı.az xəbər verir ki, abidə önünə əklil qoyan iştirakçılar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Qonaqlara Zəfər parkının və abidənin yaradılması, onun memarlıq konsepsiyası barədə məlumat verilib.
***
12:12
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər.
Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyətləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Qonaqlar Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Qeyd edək ki, sabah Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçiriləcək.
Tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələrin (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərlərinin iştirakı nəzərdə tutulur.
Bakı 







