• Bakı 23° C

    4.96 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Nigar Axundova yüksək vəzifəyə təyin olundu

CƏMİYYƏT

29 Iyun 2026 | 13:21

Nigar Axundova yüksək vəzifəyə təyin olundu

Azərbaycanın mərhum səhiyyə naziri Oqtay Şirəliyevin ailəsinə məxsus olan Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişib.

Bakıvaxtı.az Ölkə.az-a istinadla bildirir ki, xəstəxananın baş həkimi, tibb elmləri namizədi Könül Xəlilova vəzifəsindən azad olunub.

O, 2016‑cı ildən bu postda çalışırdı. Marqarita pizza

Respublika Diaqnostika Mərkəzinə yeni baş həkim də təyin olunub. İmzalanan müvafiq əmrə əsasən, bu vəzifəyə mama-ginekoloq Nigar Axundova gətirilib. O, son təyinatadək Caspian International Hospitalın baş həkimi işləyib. N.Axundova Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertidir.

Xatırladaq ki, “Respublika Diaqnostika Mərkəzi” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Mərkəzə əvvəllər keçmiş səhiyyə naziri Oqtay Şirəliyev rəhbərlik edib. O, 2025-ci il oktyabrın 3-də dünyasını dəyişib. Hazırda mərkəzin baş direktoru Rəşid Vəzirovdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyun 2026