• Bakı 29° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Yaşayış icazəsi vəsiqələri tam elektron formata keçiriləcək

CƏMİYYƏT

29 Iyul 2026 | 12:11

Yaşayış icazəsi vəsiqələri tam elektron formata keçiriləcək

Hazırda miqrasiya sahəsində növbəti mərhələ kimi yaşayış icazəsi vəsiqələrinin tam elektron formata keçirilməsi istiqamətində iş aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib.

    O bildirib ki, qanunvericilik dəyişiklikləri qüvvəyə mindikdən sonra müvəqqəti və daimi yaşamaq icazələrini təsdiq edən sənədlərin fiziki kart formasından mərhələli şəkildə imtina edilməsi nəzərdə tutulur.

    “Elektron sənədlər QR kod vasitəsilə təsdiqlənəcək. İstifadəçi zərurət yaranarsa sənədi özü çap edə biləcək, lakin fiziki vəsiqənin daşınması artıq məcburi olmayacaq. Ümumilikdə, həyata keçirilən və planlaşdırılan bütün bu dəyişikliklər miqrasiya xidmətlərinin daha çevik, müasir və tam rəqəmsal əsasda göstərilməsinə xidmət edir”, - o bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Iyul 2026