Rusiyanın Keyptaun şəhərindəki Baş Konsulluğu Cənubi Afrika Respublikasında olan Rusiya vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb iyunun 30-da orada keçiriləcək genişmiqyaslı antimasiya etirazları ilə əlaqədardır.
Diplomatik missiyanın rəsmi portalında yayılan məlumatda vətəndaşlardan ciddi zərurət olmadıqca küçəyə çıxmamaq, kütləvi aksiya və nümayişlərin keçirildiyi ərazilərdən uzaq durmaq və yerli medianın xəbərlərini diqqətlə izləmək xahiş olunub.
Eyni zamanda, təhlükəsizlik tədbirləri çərçivəsində Rusiyanın Keyptaundakı Baş Konsulluğunun iyunun 30-da ziyarətçilər üçün bağlı olacağı, paytaxt Pretoriyadakı səfirliyin konsulluq şöbəsinin də həmin gün fəaliyyət göstərməyəcəyi bildirilib.
Qeyd edək ki, CAR-dakı qeyri-qanuni miqrantların ölkədən çıxarılmasını tələb edən bir sıra yerli hərəkatlar iyunun 30-da ümummilli etiraz aksiyalarına başlayacaqlarını və küçələrə 1 milyona yaxın tərəfdar çıxaracaqlarını bəyan ediblər.
Zeynəb Rzayeva
Bakı 



