• Bakı 28° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Abiy Əhməd Əli Qafarova ilə görüşdü

SİYASƏT

29 Iyul 2026 | 15:33

Abiy Əhməd Əli Qafarova ilə görüşdü

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Efiopiya hökumətinin başçısı "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşmək xoş oldu. Biz ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair məzmunlu danışıqlar apardıq, strateji tərəfdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə ortaq sadiqliyimizi təsdiqlədik", - Abiy Əhməd Əli yazıb.

Qeyd edək ki, Sahibə Qafarova hazırda Əddis-Əbəbədə (Efiopiya) rəsmi səfərdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR