• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bu Musiqi Kollecinə yeni direktor təyin olunub

CƏMİYYƏT

29 Iyun 2026 | 16:28 | Müəllif: Aynur Babazadə

Bu Musiqi Kollecinə yeni direktor təyin olunub

Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Səbinə Mehdiyeva Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kollecinin direktoru vəzifəsinə təyin edilib.

S.Mehdiyeva Bakı Musiqi Akademiyasında fortepiano ixtisası üzrə bakalavriat, musiqişünaslıq ixtisası üzrə magistratura təhsili alıb. 2009-cu ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə edib. Pedaqoji fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi başlayan Səbinə Mehdiyeva sonrakı illərdə həmin ali təhsil müəssisəsində baş müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışıb. O, həmçinin Bakı Musiqi Akademiyasında fortepiano müəllimi kimi fəaliyyət göstərib. 2021-ci ildən hazırkı təyinatınadək Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru vəzifəsində çalışıb. Səbinə Mehdiyeva respublika və beynəlxalq müsabiqələrin laureatıdır. O, eyni zamanda bir sıra elmi məqalələrin və dərs vəsaitlərinin həmmüəllifidir.


Bu Musiqi Kollecinə yeni direktor təyin olunub
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026