• Bakı 28° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Heyvan dişləməsi zamanı vaksin neçə doza vurulmalıdır? - Rəsmi açıqlama

CƏMİYYƏT

29 Iyul 2026 | 15:33

Heyvan dişləməsi zamanı vaksin neçə doza vurulmalıdır? - Rəsmi açıqlama

Tam vaksinasiya kursu quduzluqdan qorunmada əsas şərtdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova qurumun canlı yayımında çıxışı zamanı bildirib.

Qurum rəsmisi bildirib ki, heyvanın məlum və ya naməlum olması vaksinasiya kursunun müddətinə birbaşa təsir göstərir.

Onun sözlərinə görə, məlum heyvan tərəfindən dişlənmə baş verdikdə və heyvan müşahidə oluna bildikdə üç dozalı şərti vaksinasiya kursu təyin edilir. Lakin heyvan naməlumdursa, izlənilməsi mümkün deyilsə və ya 10 gün ərzində tələf olarsa, hadisə quduzluğa şübhəli hal kimi qiymətləndirilir və bu zaman beş dozalı tam vaksinasiya kursu tətbiq olunur.

Aytəkin Qurbanova qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, yalnız tam vaksinasiya kursu almış şəxslərə bir il ərzində təkrar təmas zamanı iki dozalı gücləndirici vaksin tətbiq edilir.

“Əgər şəxs əvvəllər yalnız üç dozalı şərti kurs alıbsa, növbəti heyvan dişləməsi zamanı yenidən vaksinasiya olunmalıdır. Heyvan məlumdursa üç dozalı, naməlumdursa isə beş dozalı kurs tam şəkildə başa çatdırılmalıdır”, – deyə o vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR