• Bakı 16° C

    2.17 m/s

Yaponiyada zəlzələ: ölənlərin sayı 18-ə çatdı

CƏMİYYƏT

29 Iyul 2026 | 15:43 | Müəllif: Əli Hüseynov

Yaponiyada zəlzələ: ölənlərin sayı 18-ə çatdı

Çərşənbə axşamı Yaponiyanın cənub-qərbində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İnterfaks" "Associated Press"ə istinadən məlumat yayıb.

Ən azı 62 nəfər xəsarət alıb, onlardan altısının vəziyyəti ağırdır.

Xilasedicilər və hərbçilər axtarış-xilasetmə işləri həyata keçirirlər, qurbanların sayının arta biləcəyi istisna edilmir.

Yaponiyada təxminən 40 min insan elektrik enerjisiz, 9,5 min ev isə qazsız və rabitəsiz qalıb. 9 mindən çox insan evlərini tərk edib, hazırda onlar müvəqqəti sığınacaqlarda yerləşdiriliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026