• Bakı 25° C

    10.21 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Heyvan dişlədikdə yaranı 15 dəqiqə sabunla yuyun!

CƏMİYYƏT

29 Iyul 2026 | 15:36

Heyvan dişlədikdə yaranı 15 dəqiqə sabunla yuyun!

Əl nahiyəsindən heyvan dişləməsi təhlükəli hesab olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova qurumun canlı yayımınad çıxışı zamanı deyib.

Qurum rəsmisi bildirib ki, əllər, baş, boyun və bədənin yuxarı hissəsi quduzluq baxımından təhlükəli nahiyələr hesab olunur. Bu səbəbdən həmin nahiyələrdən alınan heyvan dişləmələri zamanı vaxt itirmədən tibbi yardıma müraciət edilməlidir.

Onun sözlərinə görə, pişik sahibsiz də ola bilər, ev heyvanı da. Hər iki halda heyvan 10 gün müddətində baytar nəzarətinə götürülür və bu müddət başa çatana qədər onun quduz olub-olmaması dəqiq bilinmir.

“Belə hallarda ilkin tibbi yardım göstərildikdən sonra yara axar su və paltar sabunu ilə təxminən 15 dəqiqə yuyulmalı, qanaxma dayandırılmalı və dərhal antirabik vaksinin ilk dozası vurulmalıdır. Heyvan məlumdursa üç dozalı, naməlumdursa isə beş dozalı vaksinasiya kursu tətbiq edilir. Təhlükəli nahiyə olduğu üçün quduzluğa qarşı antirabik vaksinlə yanaşı, tetanus profilaktikası məqsədilə anatoksin və təcili profilaktika üçün antirabik immunoqlobulin də tövsiyə olunur”, – deyə Aytəkin Qurbanova vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR