• Bakı 25° C

    10.21 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

"Çelsi" Maksens Lakruanı 60 milyon avroya transfer etdi

İDMAN

30 Iyul 2026 | 17:34

Çelsi Maksens Lakruanı 60 milyon avroya transfer etdi

İngiltərə Premyer Liqa komandası "Çelsi" yeni mövsümdən əvvəl heyətinin yenidən qurulması səylərini davam etdirir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, gərgin transfer dövrü yaşayan "mavilər" diqqətəlayiq bir transfer həyata keçirib.

London klubu ötən mövsüm "Kristal Palas"la UEFA Konfrans Liqası titulunu qazanan fransız milli oyunçusu Maksens Lakruanı heyətinə qatıb.

"Çelsi"nin bu transfer üçün "Kristal Palas"a 60,7 milyon avro ödəyəcəyi bildirilir.

Fransa millisinin FIFA 2026 Dünya Kuboku heyətində də yer alan 26 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm İngiltərə komandasında 55 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR