• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kənan Basqala hökm oxundu

SİYASƏT

30 Iyul 2026 | 17:24 | Müəllif: Əli Hüseynov

Kənan Basqala hökm oxundu

Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda və silah qismində əşyadan isdifadə etməklə xuliqanlıq etməkdə ittiham olunan Kənan Basqalın məhkəmə araşdırması başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məhkəmə təqsirləndirilən şəxsi verilmiş ittihamlara münasibətdə təqsirli hesab edib. Hökmə əsasən, Kənan Basqal 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, K.Zeynalov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. O, hazırda həbsdə olan eyni partiyanın sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləyib. Basqal ötən ilin martında həbs edilib. İttihama görə o, küçədə mübahisə etdiyi şəxsə bıçaqla ağır xəsarət yetirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026