• Bakı 25° C

    10.21 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Daha bir tiktoker həbs edildi - FOTO

CƏMİYYƏT

30 Iyul 2026 | 18:16

Daha bir tiktoker həbs edildi - FOTO

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. 

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, TikTokda "Murad Sadə" ləqəbi ilə tanınan 1987-ci il təvəllüdlü Qasımov Murad Nadir oğlu  polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci  (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada 
göstərilməsi) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilib. 

Məhkəmənin yekun qərarı ilə Murad Qasımov 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR