İngiltərənin “Mançester Siti” komandasının yeni baş məşqçisi açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Şəhərlilər” bu posta Entso Mareskanı gətirib. İtaliyalı mütəxəssisin müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. O, bu postda Pep Qvardiolanı əvəzləyib.
Xatırladaq ki, Entso Mareska son olaraq “Çelsi”nin baş məşqçisi olub.
Bakı 



