• Bakı 29° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Braziliyada rekord vuran idmançı İTKİN DÜŞDÜ

İDMAN

29 Iyul 2026 | 12:35

Braziliyada rekord vuran idmançı İTKİN DÜŞDÜ

Braziliyanı təmsil edən marafonçu Daniel Ferreyra San-Paulu ştatında itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı TMC portalı yayıb.

Bildirilir ki, idmançı sonuncu dəfə iyun ayının 19-da Barra-Funda bələdiyyəsində yerləşən evindən çıxarkən görünüb. Anasının dediyinə görə, atlet evi tərk edərkən özü ilə sadəcə qara rəngli kürək çantası götürüb. Ailə üzvləri bir neçə həftə davam edən fərdi axtarışlardan sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər. Atletin anası əlavə edib ki, Ferreyranın psixi sağlamlığı ilə bağlı problemləri mövcuddur.

Qeyd edək ki, 27 yaşı olan Ferreyra 2021-ci ildə təşkil edilən Tokio Olimpiadasında iştirak edib. İdmançı 2022-ci ildə marafon qaçışında 2 saat 4 dəqiqə 51 saniyəlik göstərici ilə 1998-ci ildən qalma nəticəni geridə qoyub və Cənubi Amerika rekordunu müəyyənləşdirib./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyul 2026