• Bakı 27° C

    9.18 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

"Cavab görüşünə ciddi hazırlaşmışıq" - Ruan Renato

İDMAN

29 Iyul 2026 | 16:37

Cavab görüşünə ciddi hazırlaşmışıq - Ruan Renato

Cavab matçında qalib gəlmək istəyirik.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Zirə”nin futbolçusu Ruan Renato UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Sumqayıtda “Payde” (Estoniya) komandası ilə keçiriləcək cavab görüşü öncəsi təşkil olunan mətbuat konfransında deyib.

“İlk oyunda biz üstün idik. Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı. Cavab görüşünə də ciddi hazırlaşmışıq. Növbəti mərhələyə vəsiqə qazanmağı hədəfləyirik”, - deyə braziliyalı müdafiəçi qeyd edib.

Xatırladaq ki, Sumqayıt şəhər stadionunda keçiriləcək "Zirə" - "Payde" görüşü iyulun 29-u saat 20:00-da başlayacaq. Komandalar arasında Estoniyada baş tutan ilk matçda rəqib 1:0 hesablı qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR