• Bakı 23° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Kamran Əliyev Katrin Bombergerlə görüşdü

CƏMİYYƏT

29 Iyun 2026 | 14:40

Kamran Əliyev Katrin Bombergerlə görüşdü

İyunun 29-da Baş prokuror Kamran Əliyev ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Baş direktoru xanım Katrin Bombergerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qonaqları salamlayan Kamran Əliyev qeyd edib ki, Baş Prokurorluqla Komissiya arasında 2023-cü ildən səmərəli əməkdaşlıq əlaqələri formalaşıb.

Qeyd olunub ki, Komissiyanın fəaliyyəti xüsusilə həssas mövzu ilə əlaqədardır və itkin düşmüş şəxslərlə bağlı müvafiq məlumat mübadiləsinin təmin edilməsi zərərçəkmiş şəxslərin ailələrinin hüquqları baxımından olduqca vacibdir. Bu mövzu cənab Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə əhatə olunur.

Bundan sonra Kamran Əliyev qarşı tərəfə işgəncələrə məruz qalaraq öldürülüb kütləvi məzarlıqlarda basdırılmış şəxslərin yerinin müəyyən edilməsi, həmçinin aşkar edilmiş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.

Qəbula görə minnətdarlıq ifadə edən xanım Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumatların toplanması və mübadiləsi işinin yüksək səviyyədə təşkil edilməsini qeyd edib, mövcud əməkdaşlıq səviyyəsindən razılıq bildirib.

Qonaq tərəf, həmçinin yeni hazırlanmış İtkin düşmüş şəxslərlə bağlı Məlumat İdarəetmə Sistemi barədə məlumat verib, sistemin imkanları və təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsinə dair razılıq əldə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyun 2026