q
  • Bakı 13° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Enerji, yoxsa geopolitika: Avropa Azərbaycana üz tutur

SİYASƏT

01 May 2026 | 14:04

Enerji, yoxsa geopolitika: Avropa Azərbaycana üz tutur

“Avropa ölkə rəhbərlərinin indiki qlobal böhran vəziyyətində Azərbaycana ardıcıl səfərləri təsadüfi deyil. Bu, bir növ zərurətdən irəli gəlir və Avropa İttifaqının öz təşəbbüsüdür”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Tural Gəncəliyev deyib.

Oun sözlərinə görə, Azərbaycanın regionda güclü və açar ölkə olması, böyük siyasi-hərbi çəkiyə malik olması, qitəninin enerji təhlükəsizliyində mühüm rol oynaması ölkəmizi Avropa İttifaqı dövlətləri üçün maraqlı və etibarlı tərəfdaşa çevirib:

“Əlbəttə, biz ilk növbədə enerji təhlükəsizliyini vurğulayırıq, amma Avropa ölkələri Azərbaycana sadəcə neft-qaz üçün gəlmirlər. Məsələ ondadır ki, Avropanın əksər ölkəsi son dönəmlərədək qitə çərçivəsindən kənara çıxmaqda, başqa regionlarla sıx əməkdaşlığa maraq göstərməyiblər. Düşünüblər ki, Avropa İttifaqı çərçivəsində öz problemlərini həll etmək mümkündür. Ancaq Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran savaşı fonunda Aİ anladı ki, münasibətləri limitləməklə, müəyyən sərhədlər qoymaqla heç də qlobal böhrandan çıxmaq mümkün deyil”.

Gəncəliyev qeyd edib ki, müharibələr Avropanın siyasi-iqtisadi, enerji təhlükəsizliyi ciddi zərbə altında qaldı. Ona görə də Aİ ölkələri yeganə çıxış yolu kimi Cənubi Qafqaza, Mərkəzi Asiya regionlarına üz tutmağa başladılar:

“Təbii ki, regionun açar dövləti Azərbaycan olduğu üçün qitə ölkələrinin ən çox və daha sıx əməkdaşlıq etmək istədikləri Bakıdır. Məhz o səbəbdən Avropa dövlətləri Azərbaycanla münasibətləri dərinləşdirməyə, tərəfdaşlıq etməyə böyük ümidlə baxırlar”.

Tural Gəncəliyev: Azərbaycan Aİ üçün ideal ölkə olduğuna görə, Bakı ilə əməkdaşlığa can atırlar

Müsahibimiz əlavə edib ki, Latviya və Ukrayna prezidentlərinin, Litva baş nazirinin Azərbaycana səfəri çox mühümdür:

“İtaliya baş naziri Meloninin də Azərbaycana səfəri gözlənilir. Bu o deməkdir ki, Azərbaycan Avropa İttifaqının siyasi-hərbi və enerji təhlükəsizliyi komponentində çox önəmli bir tərəfdaş ölkəyə çevrilib”.

Deputat hazırda Avropa İttifaqı daxilində də gərginlik olduğunu vurğulayıb. Dediyinə görə, İttifaq daxilində bəzi ölkələr Brüsseldən çox asılı olmaq istəmirlər: “Bu dövlətlərə güclü tərəfdaş lazımdır ki, öz siyasi-iqtisadi müstəqilliklərini qorusunlar. Azərbaycan Aİ üçün ideal ölkə olduğuna, dövlətimizin başçısı İlham Əliyev praqmatik siyasət yürütdüyünə görə, Bakı ilə əməkdaşlığa can atırlar”.

Aydın Baxış


SON XƏBƏRLƏR