• Bakı 12° C

    0.67 m/s

Vətəndaş müraciətləri ilə bağlı VACİB XƏBƏR

SİYASƏT

01 May 2026 | 13:59 | Müəllif: Əli Hüseynov

Vətəndaş müraciətləri ilə bağlı VACİB XƏBƏR

Milli Məclisdə “Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, dəyişikliyə görə, vətəndaş müraciətinə cavab üsulunu (elektron, poçt və ya EHİS) özü seçəcək. Elektron cavab istənildikdə müvafiq məlumatlar (e-mail, FİN/VÖEN) göstərilməlidir. Bu məlumatlar olmadıqda cavab poçtla göndəriləcək.

Müraciətlər EHİS, rəsmi sayt və ya elektron ünvan vasitəsilə təqdim edilə bilər. Qəbula yazılmaq üçün isə şəxsiyyət sənədi və ya elektron imza ilə qeydiyyat tələb olunur.

Dəyişikliklərin məqsədi elektron hökumət sistemini təkmilləşdirmək və operativliyi artırmaqdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026