• Bakı 7° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Baş nazir gecə növbəsində çörək daşıdı - Video

DÜNYA

01 May 2026 | 13:37 | Müəllif: Əli Hüseynov

Baş nazir gecə növbəsində çörək daşıdı - Video

Slovakiyanın Baş naziri Robert Fitso 1 may tarixinə keçən gecə mağazalara və xəstəxanalara çörək çatdırılması üzrə yükdaşıyan işçi vəzifəsində işləyib.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə Baş nazirin yük daşımasını əks etdirən görüntülər yayılıb. 

Fitso səhər saatlarında çörəkxanalardan birinin məhsulunu sifarişçilərə çatdıran yük maşınına yüklənməsini və boşaldılmasını həyata keçirib. 

“Gecə növbəsindən sizi salamlayıram. Hazırda biz Nova-Dubnitsa şəhərindəyik. Elə indicə biz bura bir partiya təzə çörək və çörək məmulatlarını çatdırdıq”, - Fitso deyib.

Qeyd edək ki, Slovakiyada 1 May - Beynəlxalq Əmək Günü rəsmi bayram kimi qeyd olunur. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026