ABŞ səmasında meteorit partlayışı baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) məlumat yayıb.
Məlumata görə, alov topu saatda təxminən 120,700 kilometr sürətlə hərəkət edib və Massaçusets ştatının şimal-şərqi ilə Nyu Hempşirin cənub-şərqi üzərində 64,3 kilometr yüksəklikdə parçalanıb. Bu zaman yayılan enerjinin təxminən 300 ton trotil gücünə bərabər olduğu təxmin edilir.
NASA-nın məlumatına görə, Yer atmosferinə daxil olan obyekt təbii mənşəlidir.
Bakı 




