• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dünya çempionu Bundesliqa klubunda qalacaq

İDMAN

01 Aprel 2026 | 22:10 | Müəllif: Subhan Mahmudov

Dünya çempionu Bundesliqa klubunda qalacaq

"Ayntraxt" mövsümün sonunda müqaviləsi başa çatan Mario Qyötse ilə bağlı qərarını verib.

Bakıvaxtı.az xəbər verir ki, Bundesliqa klubu almaniyalı futbolçunun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Ayntraxt" Mario Qyötseni 2022-ci ilin yayında PSV-dən 3 milyon avroya transfer edib. Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olmuş təcrübəli oyunçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol ötürməsi edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026