• Bakı C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

Azərbaycan taekvondoçuları Moldovada 7 medal qazandılar

İDMAN

03 Mart 2026 | 20:25

Azərbaycan taekvondoçuları Moldovada 7 medal qazandılar

"Azəri" Taekvondo Klubunun üzvləri Kişineu şəhərində keçirilən "Moldova Open" beynəlxalq turnirində uğurlu çıxışla yadda qalıblar.

Bakıvaxtı.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 7 medal (4 qızıl, 2 gümüş, 1 bürünc) qazanıblar.

Uşaqlar arasında 27 kq çəki dərəcəsində mübarizə aparan İnci Rahova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeniyetmələrin yarışında 29 kq-da Aylin Məmmədzadə və 53 kq-da Ümid Səfiyarlı qızıl medala sahib olublar.

Yeniyetmə B kateqoriyasında 37 kq çəki dərəcəsində çıxış edən Zeynal Abışov da turniri çempion kimi başa vurub. Eyni yaş kateqoriyasında 29 kq-da Ahu İsgəndər və 33 kq-da Ayxan Xanmədlili gümüş medal qazanıblar. Mədinə Hənifəyeva (33 kq) isə turniri bürünc medalla tamamlayıb.


SON XƏBƏRLƏR