• Bakı 12° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Bu federasiyanın prezidenti istefa verdi

İDMAN

02 Aprel 2026 | 18:36

Bu federasiyanın prezidenti istefa verdi

İtaliya futbolunda tarixi uğursuzluqdan sonra köklü dəyişikliklər başlayıb. Ölkənin futbol federasiyasının prezidenti Qabriel Qravina rəsmən istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, "Football Italia" nəşrinin məlumatına görə, DÇ-2026-nın pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olan (1:4) İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalıb. Bu nəticədən sonra bu gün keçirilən fövqəladə iclasda 2018-ci ildən quruma rəhbərlik edən Qravina vəzifəsindən ayrıldığını elan edib.

Xatırladaq ki, Qravinanın rəhbərliyi dövründə milli Avro-2020-nin qalibi olsa da, DÇ-2022 və DÇ-2026-ya vəsiqə qazana bilməyib.


SON XƏBƏRLƏR