• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünya nəhəngindən Barış Alper bombası

İDMAN

02 May 2026 | 00:45 | Müəllif: Subhan Mahmudov

Dünya nəhəngindən Barış Alper bombası

"Arsenal"ın Barış Alper Yılmazı izləmək üçün xüsusi nümayəndə göndərdiyi və mövsüm sonunda rəsmi təkliflə "Qalatasaray"ın qapısını döyəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, "Arsenal"ın idman direktoru Andrea Berta "Fənərbaxça" derbisini tribunadan izləyərək 25 yaşlı futbolçunun performansını canlı təqib edib.

İngiltərə klubunun rəsmilərinin Barış Alperə tam xal verdiyi bildirilir.

"Arsenal"ın mövsüm sonunda transfer üçün rəsmi danışıqlara başlaması planlaşdırılır.

Futbolçu ilə yalnız "Arsenal" deyil, Fransanın "Monako" klubu da yaxından maraqlanır.

Mövsümün əvvəlində Səudiyyə Ərəbistanından gələn 35 milyon avroluq təklifin isə rədd edildiyi xatırladılıb.

Futbolçunun müqaviləsində onun keçmiş klubu olan "Keçiörəngücü"nə satışdan 20% pay verilməsi maddəsi var.

"Qalatasaray" rəhbərliyinin bu maddə ilə bağlı yaxın günlərdə keçmiş klubla görüşəcəyi gözlənilir.

Yaxınlaşan Dünya Kuboku faktoru da futbolçunun transfer dəyərini daha da artıra biləcək əsas amillərdən biri kimi qiymətləndirilir./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026