• Bakı 22° C

    7.17 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Cüdoçumuz Avropa Kubokunun qalibi oldu

İDMAN

31 May 2026 | 12:08

Cüdoçumuz Avropa Kubokunun qalibi oldu

Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kubokuna start verilib.

Bakıvaxtı.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi bir qızıl medal qazanıb.

66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək çempion olub. Cüdoçumuz finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Məhəmməd həlledici görüşdə Serbiya idmançısı Marko Yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Aktivində 1 qızıl medal olan milli komandamız medal sıralamasında oğlanlar arasında birinci, ümumi hesabda isə 5-ci pillədə qərarlaşıb.


SON XƏBƏRLƏR

30 May 2026