Braziliya millisinin gənc hücumçusu Rayan Vitor dünya çempionatları tarixində əlamətdar göstəriciyə imza atıb.
Bakıvaxtı.az xəbər verir ki, 19 yaşlı futbolçu DÇ-2026-nın 1/16 finalında Yaponiya ilə oyuna start heyətində çıxmaqla Braziliya millisinin tarixində pley-off mərhələsində əsas heyətdə meydana başlayan üçüncü ən gənc futbolçu olub.
"Mr. Sheep" statistika səhifəsinin məlumatına görə, Rayan Vitor bu uğura 19 yaş 330 günlüyündə nail olub. Siyahıya 1958-ci ildə Uelslə matçda 17 yaş 241 günlüyündə meydana çıxan Pele başçılıq edir. İkinci pillədə isə 1970-ci ildə Peru ilə oyunda 19 yaş 128 günlüyündə forma geyinən Marko Antonio qərarlaşıb. Rayan Vitor 1958-ci ildə Uelsə qarşı eyni yaşda meydana çıxan Mazola ilə üçüncü yeri bölüşür.
Qeyd edək ki, gənc hücumçu Yaponiya ilə qarşılaşmada zədəli Rafinyanı əvəz edərək turnirdə ikinci dəfə start heyətində yer alıb.
Bakı 



