İş adamı və Xalq artisti Emin Ağalarov “UFC Fight Night Baku” turnirində braziliyalı Mişel Pereyranı məğlub edən rusiyalı MMA döyüşçüsü Şarabutdin Maqomedovlə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, Emin ondan ev istəyən döyüşçüyə sevimli brendindən saat bağışlayıb. O, Maqomedova "Sea Breeze"də özünü evindəki kimi hiss etməsini, ailəsi və dostları ilə istənilən vaxt bura gələ biləcəyini deyib.
Qeyd edək ki, "Şara Bullet" ləqəbi ilə tanınan Şarabutdin "Döyüşdən sonra Emin Ağalarovdan “Sea Breez”də mənzil açarı istədim. Təbii ki, bu, zarafat idi. Amma istəyərdim mənim də orda evim olsun" demişdi.
Bakı 



