"Arsenal" mayın 30-da UEFA Çempionlar Liqasının finalında PSJ-yə məğlub olduğu (1:1, penaltilər seriyasında - 3:4) matçda antirekorda imza atıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "OptaJoe" portalı məlumat yayıb.
Bildirilib ki, "topçular" qarşılaşmada topa sahibolma faizində cəmi 24.7% göstərici nümayiş etdiriblər. Bu isə statistikanın aparılmağa başlandığı 2003/04 mövsümündən bəri UEFA Çempionlar Liqasının finallarında qeydə alınmış ən aşağı göstəricidir.
Bundan əlavə, "Arsenal" Mikel Artetanın rəhbərliyi altında bütün oyunu tam heyətlə keçirdiyi matçlarda heç vaxt topa bu qədər az sahib olmayıb
Bakı 




