Bir müddət əvvəl aralarındakı qalmaqalla gündəmə gələn müğənni Rəqsanə İsmayılova və jurnalist Səidə Bəkirqızı bir araya gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Səidə Bəkirqızı aparıcısı olduğu “Bax da” verilişində müğənnini qonaq qismində dəvət edib. Jurnalist izləyicilərin “Bəs demişdiz, Rəqsanəni bağışlamayacaqsız?”, “Necə oldu ki, bağışladız?” kimi suallarına aydınlıq gətirib. Səidə Bəkirqızı bildirib ki, “bağışlamışam” sözünü heç yerdə deməyib:
“Burada heç bir emosiya olmayacaq. Yaşanmalı idi, yaşandı…"
Aynur Babazadə
Bakı 




