• Bakı 16° C

    1.01 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Arbeloa istefaya göndərilə bilər

İDMAN

03 Mart 2026 | 23:25 | Müəllif: Subhan Mahmudov

Arbeloa istefaya göndərilə bilər

"Real"ın baş məşqçisi Alvaro Arbeloa istefaya göndərilə bilər. 

Bakıvaxtı.az xəbər verir ki, "MatchDay Central" nəşrinin yaydığı məlumata görə, Arbeloa üzərindəki təzyiq getdikcə artır. Madrid klubunun prezidenti Florentino Peres 43 yaşlı mütəxəssisə olan etibarını itirməyə başlayıb. Martın 2-də doğma meydanda "Xetafe"yə gözlənilməz məğlubiyyətdən (0:1) sonra məşqçinin gələcəyi sual altına düşüb.

Məlumata görə, komanda La Liqanın 27-ci turunda "Selta"ya qalib gələ bilməsə, Arbeloa vəzifəsindən kənarlaşdırılacaq.

Qeyd edək ki, "Selta" - "Real" qarşılaşması martın 7-də baş tutacaq.

Xatırladaq ki, hazırda "kral klubu" İspaniya çempionatında 60 xalla ikinci pillədə qərarlaşıb və lider "Barselona"dan 4 xal geri qalır. Xatırladaq ki, Arbeloanın rəhbərliyi altında "Real" artıq İspaniya Kubokunda "Albasete"yə uduzaraq turnirlə vidalaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026