"İnter"in mərkəz müdafiəçisi Yann-Aurel Bissekk sıradan çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, "Sky Italia"nın yaydığı məlumata görə, almaniyalı futbolçu sağ bud nahiyəsindəki əzələ zədəsi səbəbindən A Seriyasının 31-ci turu çərçivəsində keçiriləcək "Roma" ilə vacib qarşılaşmanı qaçıracaq.
Qeyd edək ki, 25 yaşlı müdafiəçinin növbəti turda "Komo"ya qarşı keçiriləcək oyunda iştirakı da sual altındadır. 2023-cü ilin yayından klubun şərəfini qoruyan Bissekk cari mövsümdə Milan təmsilçisinin heyətində bütün turnirlərdə 30 matça çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bakı 




