• Bakı 18° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Putin Hindistana gedir

DÜNYA

10 Sentyabr 2026 | 17:23 | Müəllif: Əli Hüseynov

Putin Hindistana gedir

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-dən 13-dək Hindistanda işgüzar səfərdə olacaq.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib. 

Məlumata görə, Putin sentyabrın 12-dən 13-dək Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcək 18-ci BRİKS sammitində iştirak edəcək. 

Qeyd edək ki, ilkin olaraq Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası (CAR) tərəfindən qurulan BRİKS təşkilatına sonradan Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Efiopiya və İndoneziya üzv qəbul olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026