• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Aygün Attar Yüksək Məsləhət Şurasına üzv seçildi

DÜNYA

10 Oktyabr 2026 | 14:48 | Müəllif: Gülşən Şərif

Aygün Attar Yüksək Məsləhət Şurasına üzv seçildi

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) sədri, professor Aygün Attar Türk İnternet Media Birliyinin (TİMBİR) Yüksək Məsləhət Şurasına üzv qəbul olunub.

Bakıvaxtı.az xəbər verir ki, üzvlük sənədi TİMBİR-in Ankaradakı yeni mərkəzi ofisinin açılış mərasimində təqdim edilib.

Mərasimə Türkiyənin hökumət və dövlət rəsmiləri, millət vəkilləri, siyasi partiya rəhbərləri, ictimaiyyət nümayəndələri və jurnalistlər qatılıblar.

Aygün Attar mürəkkəb proseslərin yaşandığı indiki dövrdə birlik və həmrəyliyə ehtiyacın daha da artdığını vurğulayıb. O, sağlam cəmiyyətin formalaşmasında medianın mühüm rol oynadığını, bu baxımdan media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Mərasim çərçivəsində Attara TİMBİR-in Yüksək Məsləhət Şurasının üzvlüyünü təsdiqləyən sənəd təqdim olunub.

Qeyd edək ki, TİMBİR-in Yüksək Məsləhət Şurasına Türkiyənin Milli Təhlükəsizlik Şurasının uzun illər baş katibi olmuş Seyfullah Hacımüftüoğlu rəhbərlik edir.

Şurada Ankara Ticarət Palatasının sədri Gürsel Baran, AK Partiyanın Mərkəzi İdarə Heyətinin üzvü, professor Zakir Avşar, Türkiyə Prezidenti yanında Təhsil Siyasəti Şurasının üzve Səlcuq Pəhləvanoğlu və digər tanınmış şəxslər təmsil olunurlar.

Tədbirdə Aygün Attarı  TADİV baş katibi Əli Əkbər Tufan müşayət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026