• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gürcüstandan 1,3 milyard dollarlıq aqrar-ərzaq məhsulları ixrac edilib

İQTİSADİYYAT

10 Sentyabr 2026 | 14:03 | Müəllif: Gülşən Şərif

Gürcüstandan 1,3 milyard dollarlıq aqrar-ərzaq məhsulları ixrac edilib

2026-cı il avqustun 31-dək Gürcüstandan 1,3 milyard ABŞ dolları dəyərində aqrar-ərzaq məhsulları ixrac edilib.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, sözügedən göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Ötən ilin analoji dövründə Gürcüstandan 1,1 milyard ABŞ dolları dəyərində aqrar-ərzaq məhsulları ixrac olunub.

2026-cı il avqustun 31-nə olan məlumata əsasən, əsas ixrac məhsulları spirtli içkilər, təbii üzüm şərabları, alkoqolsuz içkilər, fındıq, qaragilə, çəyirdəkli meyvələr, dəfnə yarpağı və digər məhsullardır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR