• Bakı 28° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

"Saudi Aramco" Avropaya neft tədarükünü bərpa edəcək

İQTİSADİYYAT

10 Oktyabr 2026 | 09:54 | Müəllif: Gülşən Şərif

"Saudi Aramco" Avropaya neft tədarükünü bərpa edəcək

Səudiyyə Ərəbistanının neft-qaz şirkəti Saudi Aramco "Şərq-Qərb" boru kəmərinin fəaliyyətinin bərpasından sonra noyabr ayında Avropa alıcılarının neft tədarükü ilə bağlı sifarişlərini tam həcmdə yerinə yetirməyi planlaşdırır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə vəziyyətlə tanış olan mənbələr bildirib.

Onların sözlərinə görə, boru kəməri ilə neft nəqlinin bərpası şirkətə Avropadakı müştərilərini sifariş etdikləri həcmdə xammalla təmin etməyə imkan verəcək.

Qeyd edək ki, sentyabrın 11-də Səudiyyə Ərəbistanında "Şərq-Qərb" neft kəməri Mədinə və Ər-Riyad yaxınlığında bir neçə pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Bildirilirdi ki, dronlar İraq ərazisindən buraxılıb. Hücumdan sonra boru kəməri ilə neft nəqli dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026