• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya 450 km/saat sürətli dron-interseptor hazırladı

DÜNYA

10 Sentyabr 2026 | 15:34 | Müəllif: Əli Hüseynov

Rusiya 450 km/saat sürətli dron-interseptor hazırladı

Rusiyada saatda 450 km-ə qədər sürət yığa bilən və düşmən PUA-larını ələ keçirmək üçün nəzərdə tutulan “Kreçet” dron-interseptoru hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Uşkuynik” Elmi-İstehsalat Mərkəzinin baş direktoru Aleksey Çadayev məlumat yayıb.

“İki elektrik mühərriki ilə təchiz olunan dron katapultdan buraxılır. Geri oxlu qanad konstruksiyası onun xüsusilə aşağı sürətdə, daha çevik manevr etməsinə imkan verir. “Kreçet” hədəfi yüksək sürətlə təqib edərək ona yaxınlaşa və kinetik zərbə ilə məhv edə bilər. Drona döyüş başlığı da quraşdırmaq mümkündür. Yeni aparatın sentyabrın 8–10-da “Patriot” parkında keçirilən Beynəlxalq Texnologiya Konqresində ilk dəfə təqdim edilməsi planlaşdırılıb”, - Çadayev bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026