• Bakı 16° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

NATO-dan Putinin xəbərdarlığına CAVAB

DÜNYA

10 Oktyabr 2026 | 12:57 | Müəllif: Gülşən Şərif

NATO-dan Putinin xəbərdarlığına CAVAB

NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "La Repubblica" qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, alyans toqquşmaya can atmır, lakin hər hansı bir hücüm halında cavab üçün kifayət gücə malikdir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də "Valday" beynəlxalq diskussiya klubunun plenar sessiyasında çıxışı zamanı bildirib ki, əgər söhbət Rusiyaya, xüsusən də Kalininqrada birbaşa hücumdan gedərsə, Rusiya Federasiyasının sərəncamında olan bütün silahların dərhal və qaçılmaz olaraq tətbiqi məsələsi gündəmə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026