Avropa iqlim xidməti “Kopernik”in mütəxəssislərinin məlumatına görə, 2026-cı ilin avqust ayı tarixdə qeydə alınan ən isti ay olub.
Bakıvaxtı.az xəbər verir ki, avqust ayında qlobal orta temperatur 16,96 dərəcə Selsi təşkil edib.
Bundan əvvəl qlobal temperatur üzrə rekord 2023-cü ilin iyulunda qeydə alınıb və həmin dövrdə də oxşar göstəricilər müşahidə olunub.
Tədqiqatçılar bildiriblər ki, avqust ayında planetin orta qlobal temperaturu sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə Selsidən çox yüksək olub.
“Dünya rekord səviyyədə ən isti ayını yaşayıb”, – deyə mütəxəssislər vurğulayıblar.
Murad İsmayıl
















