• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Uçotda olan vergi ödəyicilərinin sayı açıqlandı

İQTİSADİYYAT

10 Sentyabr 2026 | 12:28 | Müəllif: Qalib İbrahimoğlu

Uçotda olan vergi ödəyicilərinin sayı açıqlandı

2026-cı il sentyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 722 227 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı 5,8 faiz artıb.

Sentyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 212 668 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,6 faiz çoxdur.

2026-cı ilin avqust ayında 1114 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 85,4 faizi yerli investisiyalı, 14,6 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 79,7 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – avqust aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.

2026-cı ilin sentyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,4 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.


Uçotda olan vergi ödəyicilərinin sayı açıqlandıUçotda olan vergi ödəyicilərinin sayı açıqlandıUçotda olan vergi ödəyicilərinin sayı açıqlandıUçotda olan vergi ödəyicilərinin sayı açıqlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026