• Bakı 22° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...

SİYASƏT

10 Sentyabr 2026 | 13:03 | Müəllif: Əli Hüseynov

Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...

İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobilləri bir müddət əvvəl hərracda satılıb.

Bakıvaxtı.az xəbər verir ki, Xitab24.az həmin avtomobillərin kim tərəfindən aldığını müəyyənləşdirib.

Bəlli olub ki, “Range Rover” və “BMW 740İ” markalı avtomobilləri alan şəxs elə Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevdir. O, iki avtomobil üçün 53500 manat ödəyib.

Qeyd edək ki, daha əvvəl 90-KH-900 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobili Məhəmməd Hacıyevin özü, digər maşını isə anası Cülyetta İbrahimova idarə edib.

Xatırladaq ki, Məhəmməd Hacıyev vaxtilə Qubadlı Rayon Prokurorluğunun müstəntiqi olub. O, atasının həbsindən sonra işdən çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026