• Bakı 16° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Böyük Britaniyada 2000-dən çox uçuş ləğv edildi

DÜNYA

10 Sentyabr 2026 | 14:15 | Müəllif: Gülşən Şərif

Böyük Britaniyada 2000-dən çox uçuş ləğv edildi

Böyük Britaniyada  texniki problemlər səbəbindən 2000-dən çox uçuş ləğv edilib. Ə

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Mülki Aviasiya İdarəsi (CAA) açıqlama yayıb.

Bildirilib ki, Böyük Britaniyanın Milli Hava Trafik Xidmətləri (NATS) uçuş məlumatlarının emalı sistemində texniki nasazlıq aşkarlayıb. Bu, ölkə daxilində uçuşlarda fasilələrə, eləcə də uçuşların gecikməsinə və ləğvinə səbəb olub. Ən ciddi vəziyyət Hitrou hava limanında qeydə alınıb.

Böyük Britaniyanın Nəqliyyat Katibi Heidi Alexander qeyd edib ki, hava nəqliyyatının idarə olunmasında dörd saatlıq fasilə yüz minlərlə sərnişinin uçuşlarının ləğvinə, istiqamət dəyişdirilməsinə və gecikmələrə səbəb olub.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026