• Bakı C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Əfqan Cəlilov kimdir? - DOSYE

SİYASƏT

16 Yanvar 2026 | 17:12

Əfqan Cəlilov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, İlham Əliyevin sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin   ASCO-nun sədri təyin edilib.

Bakvaxtı.az sözügedən şəxsin dosyesini təqdim edir. 

Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub.

1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha sonra isə qiymət və qiymətin əmələ gəlməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

2002 – 2005-ci illərdə Milli Bankın Bazar əməliyyatları departamentində çalışıb. 

2005 – 2013-cü illərdə “AGBank” ASC-nin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə nəzarəti üzrə baş direktor vəzifəsində işləyib. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016 – 2020-ci illərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.

2021 – 2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri olub. 2023-cü ilin oktyabrın 30-da RİNN-in tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. Hazırda isə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir.

2013-cü ildə Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən Beynəlxalq Maliyyə Hesabatı üzrə diplomla təltif olunub.

Əfqan Cəlilov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR