• Bakı 18° C

    17.98 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

İtaliya çimərliklərinin təxminən 20%-ni itirə bilər

DÜNYA

29 Oktyabr 2025 | 13:48

İtaliya çimərliklərinin təxminən 20%-ni itirə bilər

İtaliya 2050-ci ilə qədər çimərliklərinin 20%-ni, 2100-cü ilə qədər isə təxminən 40%-ni itirmək riski daşıyır.

Bakıvaxtı.az ANSA agentliyinə istinadən xəbər verir ki, bu, İtaliya Coğrafiya Cəmiyyətinin "Batıq Mənzərələr" hesabatında yer alıb.

Hesabata görə, iqlim böhranı, daşqın riski və torpaq eroziyası kimi digər amillərlə bağlı dəniz səviyyəsinin yüksəlməsi səbəbindən İtaliya  çimərliklərinin çoxunu itirə bilər.

Xüsusən də Şimali Adriatik sahilləri, Pugliadakı Qarqano çimərlikləri, Toskana və Kampaniya arasındakı Tirren sahillərinin bir neçə hissəsi və Sardiniyanın Kalyari və Oristano əraziləri risk altındadır.

Həmçinin İtaliyanın liman infrastrukturunun yarısı, kənd təsərrüfatı torpaqlarının 10%-dən çoxu və Po Deltası və Venesiya Laqunundan başlayaraq, sözdə amfibiya sahil zonaları da risk siyahısına daxil edilib.

Gülşən Şərif


SON XƏBƏRLƏR